Yuxarı

Bakı Beynəlxalq Avtovağzalı bağlanır – Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:00

Bakı Beynəlxalq Avtovağzalının giriş hissəsi bir müddətə bağlana bilər.

Axar.az xəbər verir ki, yaxın günlərdə metronun "Avtovağzal" stansiyasının açılışı ilə əlaqədar ətraf ərazilərdə aparılan abadlıq-quruculuq işləri genişlənib.

Əməkdaşımızın verdiyi məlumata görə, beynəlxalq avtovağzalın ətrafında artıq müasir işıq dirəkləri quraşdırılıb. Lakin avtovağzalın giriş hissəsində asfalt örtüyünün dağılması gediş-gəlişə mane olur. Məhz bu səbəbdən yaxın günlərdə sözügedən ərazidə asfalt örtüyünün yenilənməsinə başlanılacaq.

11:20

Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətindən Axar.az-a bildirildi ki, metronun "Avtovağzal" stansiyasının açılışı ilə əlaqədar ətraf ərazilərdə aparılan abadlıq işləri avtovağzalın fəaliyyətinə mane olmayacaq:

"Avtovağzalın giriş hissəsinin bir müddətə bağlanacağı məsələsinə gəlincə, bu da sərnişinlər üçün heç bir problem yaratmayacaq. Avtovağzalın bir neçə girişi var. Yeni metro-stansiyasının tikildiyi ərazi bir girişdədir. O, bağlı olsa da, digər girişlər həmişəki kimi açıq olacaq və avtobusların fəaliyyətində də heç bir dəyişiklik olmayacaq".

Tarix
2015.01.28 / 11:20
Müəllif
Təranə Səfərova
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla