Yuxarı

Azərbaycanın X əsr xəritəsi: ermənilərlə bağlı mühüm məqam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:42

Səfəvilər İmperiyasının Azərbaycanda yaradıldığı və onun paytaxtının məhz bizim torpaqlarda yerləşdiyi faktını sovet tarix elmi də təsdiq edib.

Axar.az xəbər verir ki, bunu azərbaycanlı tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazisini, onun paytaxtlarını və Şərq tarixindəki aparıcı rolunu anlamaq üçün Səfərilər dövlətinin XVI-XVIII əsrlərin əvvəllərindəki xəritəsinə nəzər yetirmək kifayətdir:

“Digər bir sovet xəritəsi Azərbaycan Salarilər dövlətinin X əsr ərazisini ətraflı olaraq nümayiş etdirir. Bu xəritədə Azərbaycanın ərazisi Dərbənddən Həmədana qədər, indiki Türkiyə-Ermənistan sərhədinin yerləşdiyi Qars, Gümrüdən Gilan əyalətinə qədər göstərilib”.

Məlumat üçün bildirək ki, Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində ticarət gəmiləri üzməyə başlayıb. Azərbaycanın Yaxın və Orta Şərqdəki iqtisadi və hərbi-siyasi rolu güclənib.

R.Hüseynovun sözlərinə görə, “Qafqaz XIX əsrin ilk yarısında” adlı sovet xəritəsində mərhələli şəkildə Çar Rusiyasına birləşdirilən Azərbaycan xanlıqları əks olunub və ermənilər barədə heç bir məlumat verilməyib, çünki onlar sadəcə olaraq mövcud olmayıblar.

“Ciddi ilkin mənbələrin olmaması erməni tarixi və ideologiyasının zəif nöqtəsidir. Bu səbəbdən alimlərin və mütəxəssislərin “Qafqazda Böyük Ermənistan” xülyasının əks olunduğu mənbə və sənədləri yoxlamaları lap yerinə düşərdi”, - o bildirib.

Tarix
2019.12.20 / 23:10
Müəllif
Əli, Vüsal
Digər xəbərlər

Türkiyəyə yaxın olan İxvan Suriyanı ələ keçirir - Video

Azərbaycan Qərbə rus qazı satmır - Hacıyev

İndoneziya və Səudiyyəyə səfər: Prezident təsdiqlədi

İrandakı səfirliyimizin konsulluq şöbəsi fəaliyyətini bərpa etdi

Hərbi xidmətə çağırış: möhlət verilməsi qaydası...

Blinkenin təcili səfəri: ABŞ Ərdoğandan nə istəyir?

Diplomatik xidmətdə yaş həddi olacaq

Bakıya gedib, bunu sübut edəcəm - Erməni bloger

Trampın Əliyevə və Nikola münasibəti... – Markov

Hərbi xidmətə çağırış yaşı niyə endirilir? - Hərbi ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla