Yuxarı

Bu videonu yayın, bütün ölkə baxsın - MSK sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu videonu yayın, bütün ölkə baxsın - MSK sədri

Əlində olan materialın, videogörüntünün sənin mövqeyini, şikayətini gücləndirdiyinə əminsənsə, onu ortaya qoy! Qoy sosial şəbəkələrə, bütün ölkə baxsın!

Axar.az xəbər verir ki, bu sözləri MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə seçki pozuntuların dair 385 görüntü var:

“Qoyun bütün ölkə baxsın, görsün ki, ciddi pozuntu var. Yəni, şikayətçi tərəf özü bunda maraqlı olmalıdır. Mənə elə gəlir ki, onlar bilərəkdən bunu ortaya qoymurlar. Sosial şəbəkələrə qoymur, amma burda gəlib deyir ki, video-görüntüyə malikəm”.

MSK sədri deyib ki, əgər ortaya qoymurlarsa, demək, başqa maraq var:

“Başqa maraq da effekt yaratmağa xidmət edir. Bundan sonra şikayət ərizəsinə nə qoyulacaqsa, ancaq onlara baxılacaq. Qalanları qəbul olunmayacaq. Yəni iclas gedəndə video-görüntüyə malik olduqlarını deyənlərin iddiaları qəbul olunmayacaq. Seçki pozuntuları olduğunu iddia edənlər onu ortaya qoymurlarsa, demək, onların videosunda məntəqə seçki komissiyalarının fəaliyyətinə kölgə salacaq heç nə yoxdur”.

Tarix
2020.02.20 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla