Yuxarı

FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Axar.az-a daxil olan müraciətdə vətəndaşların çimərlikdə təhlükəsizlik qaydalarına əməl etməsi tövsiyə olunub.

"Vətəndaşlardan xahiş edirik ki, gedəcəkləri çimərliklər haqqında əvvəlcədən məlumat toplasınlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, xilasetmə texniki vasitələri mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmayıbsa, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib, bu da xırda bir ehtiyatsızlıqdan suda boğulma kimi faciələrə səbəb ola bilər. Ona görə də əhaliyə müraciət edirik ki, yalnız nəzarət olunan çimərliklərə getsinlər. Ölkə ərazisində ayrı-ayrı çaylar, su kanalları və digər su tutarları var ki, onlar çimərlik üçün nəzərdə tutulmayıb və vətəndaşlar bu prosesdə diqqətli olmalıdırlar. Bu ərazilər çimərlik kimi nəzərdə tutulmadığından həmin ərazilərdən çimərlik kimi istifadə qadağandır.

Eyni zamanda, həmin ərazilərdə hansısa bir bədbəxt hadisə baş verərsə, sualtı relyefin mürəkkəbliyi və sualtı maneələrin çoxluğundan həmin ərazilərdə xilasetmə işləri həyata keçirməyə çətinlik çəkirik. Elə yerlər var ki, hətta orada xilasetmə üçün dalğıc enişləri də edə bilmirik. Ona görə də əhali çalışmalıdır ki, yalnız çimərlik üçün nəzərdə tutulan yerlərə getsin, küləkli havada, dalğalı vəziyyətdə olan suya girməsinlər, hava qaralandan sonra dənizdə çimməsinlər. Nəzarət olunan ərazilərdə də nəzarətçilərin çağırışına əməl etsinlər, təhlükəsizlik nişanlarını keçməsinlər, azyaşlıları nəzarətsiz buraxmasınlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə çimərliklərlə bağlı metodiki göstərişlərinə əməl etsinlər. Vətəndaşlar çimərliklərdə sosial məsafəni gözləməli, çimərliklərdə qurulan çətirlərin ara məsafəsi 4 metrdən az olmamalıdır. Əhali çimərlik ərazisində su ilə birbaşa təması olmayan ərazilərdə maskadan istifadə etməlidir. Çimərlik sahəsində özünda koronavirus infeksiyasının simptomlarını hiss edən şəxs mütləq tibb məntəqələrinə müraciət etməlidir. Çimərlik ərazisi əsasən səhər 9:00-dan 20:00-a kimi daha təhlükəsizdir", - müraciətdə bildirilib.

Tarix
2020.06.17 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla