Yuxarı

Sabah qatil həkimə cəza kəsilə bilər – Ölüm işi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah qatil həkimə cəza kəsilə bilər – Ölüm işi

Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı məhkəmə yekunlaşmaq üzrədir.

Axar.az xəbər verir ki, sabah Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə növbəti məhkəmə prosesi keçiriləcək. Zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun verdiyi məlumat görə, sabahki prosesdə hər iki tərəf dinləniləcək:

"Ölüm işi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb, sabah zərərçəkən tərəfin vəkili olaraq mənim çıxışım olacaq. Həmçinin, müdafiə tərəfinin çıxışı da gözlənilir. Sonra təqsirləndirilən şəxsin son sözü eşidiləcək. Bundan öncəki prosesdə prokuror öz çıxışı zamanı cəza istədi. Çıxışlar edildikdən sonra hakimin rəyini gözləyəcəyik".

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb və hələ də davam edir.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina edib. Zərərçəkənin şikayəti ilə Nəsimi EPİ-nin bu qərarı ləğv edilib. Hazırda işin materialları Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinin icraatındadır.

Tarix
2015.04.07 / 13:59
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla