Yuxarı

Vaksinin alınması üçün dövlətlərlə müzakirələr aparılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peyvəndin alınması mövzusunda dünya müstəvisində müzakirələr aparılır. Koronavirusla mübarizədə qlobal həmrəyliyin göstərilməsi vacib məqamlardan biridir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Elə məhz ölkə başçımız da bu səbəblə BMT-nin xüsusi sessiyanın çağırılması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan vaksinin alınması üçün xarici dövlətlərlə işgüzar müzakirələr aparır. Araşdırmalar və elmi tədqiqatlar nəticəsində hansı ölkədən vaksinin alınması məsələsi müəyyən olunacaq. Lakin bunu demək üçün tezdir. Mütəxəssislər tərəfindən bu məsələ diqqətlə öyrənilir və araşdırılır".

Yaqut Qarayeva əlavə edib ki, ölkəmizdə olan ÜST-ün missiyası ilə peyvəndin istifadəyə verilməsi müzakirə olunub:

"Bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. TƏBİB-in Elmi Şurasına da təlimat verilib ki, bu məsələ araşdırılsın və ciddi nəzarətdədir".

Tarix
2020.08.03 / 18:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla