Yuxarı

Yeni dərs ili ənənəvi qaydada başlayarsa... – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni dərs ili ənənəvi qaydada başlayarsa... – Təklif

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilməsi barədə açıqlama yayıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dərslər ənənəvi qaydada keçirilərsə, virusa qarşı izolyasiya tədbirləri görülməlidir.

“Ümid edək ki, yeni tədris ilində dərslər ənənəvi qaydada başlanacaq. Əgər ənənəvi qaydada başlayarsa, o zaman müvafiq izolyasiya tədbirləri görülməlidir. Yəni dərslər xüsusi qaydalara riayət edilməklə keçirilə bilər. Bunlar əsasən aşağıdakılardır:

- Parta arxasında şagirdlərin və ya tələbələrin tək-tək oturması;

- Təhsil müəssisəsinə daxil olarkən hər bir şəxsin bədən hərarətinin uzaqdan idarə edilən cihazla yoxlanılması;
- Qoruyucu maskalardan istifadə;

- Tibbi spirtdən istifadə;

- Zəruri halda qoruyucu tibbi əlcəkdən istifadə;

- Dərs otaqlarının - auditoriyaların dərsdən əvvəl və dərsdən sonra dezinfeksiya olunması;

- Dərslərarası fasilədə şagirdlərin dəhlizdə toplaşmasının qarşısının alınması”, - deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, bütün bunlara təhsil müəssisələrinin rəhbərliyi ciddi nəzarət etməlidir:

“Onların təyin etdiyi şəxslər vəziyyəti izləməlidir. Yəni bu məsələlərə birbaşa nəzarət funksiyası təhsil müəssisələrinin üzərindədir. Amma dəstək xarakterli addımlar da atıla bilər. Bilirsiniz ki, bu il ölkəmizdə “Könüllülər ili”dir. ASAN Xidmət bu sahədə təcrübəli könüllüləri işə cəlb edə bilər. Xüsusi və ya sərt karantin rejimi elan olunmamış şəhər və rayonlarda isə buna ehtiyac yoxdur. Çünki yoluxma halı olmayan və ya az olan bölgələrdə təkcə yuxarıda qeyd olunan izolyasiya qaydalarına riayət etmək kifayətdir”.

Tarix
2020.08.06 / 08:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla