Yuxarı

Erməni hüquq müdafiəçisi erməniləri ifşa etdi, əvəzində... – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Naxçıvanda guya erməni xaçkarlarının dağıdılması barədə məsələni yenidən müzakirəyə çıxarmağa cəhd göstərirlər.

Axar.az xəbər verir ki, erməni diaspor şəbəkəsi bu istiqamətdə çalışmalara təzə başlamayıb. Ötən illərdə də bi istiqamətdə böyük kampaniya başlatmış və qısa müddətdə özləri ifşa olunmuşdu.

Məsələ ondadır ki, ermənilərin işğal etdikləri ərazilərdə, o cümlədən Ermənistanda müsəlman qəbiristanlıqlarına, tarixi abidələrə, məscidlərə qarşı vandallıqlar törətdiyi faktlarla, foto-videolarla sübuta yetirilib. Öz ərazisində etnik təmizləmə aparan və 250 mindən artıq azərbaycanlını Ermənistandan çıxaran, onlardan bəzilərini qətlə yetirən Ermənistan rəhbərliyi azərbaycanlıların tərk etdiyi dədə-baba yurdlarında bütün tarixi izləri silmək üçün qəbirləri də dağıdıb, məhv etmək siyasətini yeridirlər. Eyni zamanda, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında da analoji vandalizmi həyata keçirir, məscidləri dağıdır və yaxud müsəlmanların heysiyyatına toxunmaq üçün ordan donuz tövləsi kimi istifadə edirlər. Əvəzində isə guya Naxçıvanda erməni xaçkarlarının dağıdılması barədə təbliğat aparırlar.

Bu təşəbbüslərin ən pik həddində ictimai fəal Yeganə Hacıyeva Vedi rayonunun Xosrov tarixi qoruğunda müsəlman-türk və kürd qəbirlərinin dağıdılmasını əks etdirən süjeti paylaşmışdı. Sözügedən süjeti erməni hüquq-müdafiəçisi Narine Kirakosyan çəkmiş, necə deyərlər, öz vandallıqlarını dünyaya özləri təqdim etmişdilər.

Bu süjet Almaniya Bundestaqının kürd əsilli deputatı Helen Evrim tərəfindən parlamentdə müzakirəyə çıxarılmış və erməni vandalizmi hamıya nümayiş olunmuşdu. Y.Hacıyeva bugünkü paylaşımında bir il öncəki bu istiqamətli fəaliyyətindən dolayı ona qarşı bəlli sosial şəbəkə istifadəçiləri tərəfindən təzyiqlər də edildiyini xatırladıb.

Aradan bir müddət keçəndən sonra faktların artıq “unudulduğunu” düşünən erməni təbliğat maşını Naxçıvanda xaçkarların dağıdılmasını yenidən UNESKO-nun gündəminə daşımağa çalışır.

Ermənilər törətdikləri dəhşətli soyqırımların əvəzində dünyaya qondarma erməni soyqırımı kimi nağıllar uydurub yaydıqları kimi, indi də müsəlman qəbirləri, abidələrini məhv edib, dağıtdıqları halda “erməni xaçkarlarının dağıdılması” şousunu məharətlə oynamağa və bunu qəbul etdirməyə cəhd göstərirlər.

Əlbəttə, etdikləri dəhşətlərin fonunda yalanları dünyaya sırımaq bacarığına malik ermənilər bu istiqamətdə də uğur qazanacaqlarını düşünürlər. Ancaq indi fərqli əsrdir və ortada real faktlar, video-yazılar var.

Heç nə yaddan çıxmayıb və ötən ilin sentyabrında Kirakosyanın real faktları əks etdirən süjeti - ermənilərin müsəlman qəbirlərinə, xüsusilə kürd qəbirlərinə qarşı necə divan tutduğu ortadadır.

Erməni hüquq-müdafiəçisinin hazırladığı süjeti bir daha izləyin:

Tarix
2020.09.11 / 10:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla