Yuxarı

Əlillər beş ulduzlu oteldə qalacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlillər beş ulduzlu oteldə qalacaq - Foto

Bir qrup əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsinə bərpa müalicəsinə yola salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik tərəfindən 29 nəfərdən ibarət bir qrup əlilliyi olan şəxs Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına bərpa müalicəsinə göndərilib.

Bu ayın əvvəlində 28 nəfər əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə yola salınıb. Onlara mərkəzdə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərilib ki, bu da onların səhhətində müəyyən yaxşılaşmaya səbəb olub. Son bir ayda Nobel Tibb Mərkəzində bərpa-müalicə kursuna göndərilən əlilliyi olan şəxslərin sayı artıq 57 nəfərdir.

Qeyd edək ki, Türkiyənin Dənizli bölgəsi müalicəvi təbii potensialı, o cümlədən müalicəvi palçıq sahələri, mineral bulaqları, şəfalı havası və suyu ilə tanınan sanator-kurort məkanıdır. Nobel Tibb Mərkəzində də bu bölgənin müalicəvi resurslarından istifadə olunmaqla səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. Yola salınan əlilliyi olan şəxslər mərkəzdəki 5 ulduzlu oteldə yerləşdiriləcək və peşəkar həkim-reabilitoloq personalı tərəfindən onlara lazımi reabilitasiya xidmətləri göstəriləcək. Orada əlilliyi olan şəxslərin bərpa müalicəsinə nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün ƏƏSMN-in bir nəfər həkimi də Türkiyəyə ezam edilib.

Tarix
2015.04.22 / 18:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla