Yuxarı

Nazir daha 75 nəfəri Lənkərana göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 76 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərin respublikanın səfalı güşələrində istirahətinin təşkili işləri davam edir.

Nazirlik üzrə müvafiq əmrlə təsdiqlənmiş "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən, qeyd olunan təbəqədən olan daha 76 nəfər Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salınıb. Bununla da nazirlik tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub. Bu istiqamətdə işlər bu ilin yay mövsümü ərzində davam etdiriləcək. Proqrama əsasən, 2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.

Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. Mərkəzlərdə onların istirahəti xüsusi proqram çərçivəsində təşkil olunur, onlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması və s. həyata keçirilir.

Tarix
2015.05.25 / 11:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla