Yuxarı

Millət vəkili şagirdlərlə görüşdü - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Tovuzda "Son zəng" münasibəti ilə rayonun ən fəal şagirdləri ilə görüşüb və onları mükafatlandırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat millət vəkili Qənirə Paşayevanın Feysbuk səhifəsində yerləşdirilib.

Görüş zamanı millət vəkili bildirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir. "Hər il Tovuz rayonundan ali məktəblərə daxil olan gənclərin sayında artımın olması bizi sevindirir" , - deyən millət vəkili Qənirə Paşayeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yekunlarına görə respublika üzrə 50 faizdən yuxarı qəbul göstəricisi olan cəmi 11 rayon arasında Tovuzun 3-cü yerdə olmasının, hər il göstəricilərin daha da yaxşılaşmasını müsbət hadisə kimi dəyərləndirib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva bütün görüş iştirakçılarına hədiyyələr və özünün müəllifi olduğu kitabları imzalayaraq bağışlayıb.

Tarix
2015.05.30 / 16:46
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla