Yuxarı

Naxçıvanda qazilərə avtomobil verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda qazilərə avtomobil verildi - Foto

Naxçıvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşan 2 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar sağlamlıq imkanları məhdudlaşan 2 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirən 1 nəfərə “Xəzər-LX” markalı minik avtomobilləri təqdim edilib.

Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə xüsusi qayğı ilə yanaşılır. Şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə xidmətlərin həcmi və keyfiyyəti ildən-ilə artırılır, onların müalicəsi üçün muxtar respublikada fəaliyyət göstərən reabilitasiya müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Müvafiq kateqoriyadan olan vətəndaşlar müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil və avtomobillərlə təmin olunurlar. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avtomobillə təmin olunanlara Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib, qarşıdan gələn 9 May Qələbə Günü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü və Ramazan bayramı münasibətilə təbrik edib, avtomobillərin açarlarını təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2021.05.07 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla