Yuxarı

İnanılmaz: “Acam” deyib, 80 yaşlı qadının evinə girdi... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnanılmaz: “Acam” deyib, 80 yaşlı qadının evinə girdi... - Foto

Bakıda yaşlı qadının pulunun oğurlaması ilə bağlı tanınmış jurnalist Ləman Ələşrəfqızı məlumat paylaşıb.

Axar.az xəbər verir ki, jurnalist bir gəncin onun qonşusu Elmira adlı yaşlı xanımı aldatdığını yazıb. Bildirib ki, gənc oğlan yaşlı qadının bankomatdan pul çıxardığını görüb, yaxınlaşıb əlindəki zəmbilə kömək təklif edib:

“Yolda oğlan deyib ki, kirayə qalır, işsizdir, hətta səhər içdiyi yarım stəkan çayın üstündədir. Elmira nənə onu evinə dəvət edib, dolma qızdırıb, salat hazırlayıb. O mətbəxdə bu işləri görəndə, "igid" də Elmira nənənin əl çantasında səliqə-səhman işləri görüb. Arvadın 300 manat pulunu qoyub cibinə, sonra da yarpaq dolması ilə salatdan nuş edib çıxıb aradan”.

Jurnalist oğrunun kameraya düşən fotosunu da yayıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, artıq məsələdən xəbərdardırlar.

“Araşdırma aparılır. Nəticə bəlli olduqdan sonra məlumat verəcəyik”, - polkovnik qeyd edib.

Tarix
2021.06.14 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla