Yuxarı

Nazirlər Kabinetinin sərəncamı qüvvədən düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-də qüvvədən düşüb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşmişdi: işçilərin 25%-i üçün saat 08:00-dan 17:00-dək, 25%-i üçün saat 08:30-dan 17:30-dək, 25%-i üçün 09:00-dan 18:00-dək, 25%-i üçün 09:30-dan 18:30-dək qrafik tətbiq olunurdu.

Özəl şirkətlərdə isə işçilərin 50%-i saat 08:00-dan 17:00-dək, 50%-i 08:30-dan 17:30-dək işləməli idi.

Tarix
2015.07.01 / 11:05
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla