Yuxarı

Gömrükdə narkotik əməliyyatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan ərazisinə keçirilməsinə cəhd edilən 5 kiloqram narkotik maddə aşkar edib.

Komitədən Axar.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsi "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasının ərazisindən tranzit keçməklə Ukrayna Respublikasından Azərbaycan Respublikasına gələn Ukrayna Respublikasının vətəndaşı İmanov Şahin Ənvər oğlunun idarə etdiyi "ZAZ SENS" markalı, AE7402CT nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub.

Faktla bağlı DGK İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2015.07.02 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla