Yuxarı

“Kubinka”da metro nə vaxt açılacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kubinka”da metro nə vaxt açılacaq? - Açıqlama

Hazırda bənövşəyi xətt üzrə əsas diqqət Xocahəsən elektrik deposu və onun tərkibində olacaq "Bakmil" tipli yerüstü stansiyasına yönəlib. Bu istiqamətdə işlər davam edir. "Bənövşəyi xətt"in 4-cü stansiyası (B-4) olacaq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında isə inşaatın ilkin hazırlıq işləri aparılır.

Axar.az xəbər verir ki, bu sözləri Bakı.vs-ə açıqlaması zamanı Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O əlavə edib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq:

“B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək”.

Bəxtiyar Məmmədov həmçinin deyib ki, Xocahəsən elektrik deposunun 3 mərhələdən ibarət inşası planlaşdırılır:

“Hazırda mövcud olan stansiya və xətlərin istifadəsi üçün birinci mərhələ nəzərdə tutulub. Xətt gələcəkdə inkişaf etdikcə, yeni stansiyalar inşa olunduqca ikinci və üçüncü mərhələ icra olunacaq.

Hazırda birinci mərhələ üzrə işlər sürətlə davam edir. Bəzi sahələrdə tamamlanma işləri gedir. Stansiyanın inşası birinci mərhələnin davamı olaraq aparılacaq. Metro stansiyanın inşası 2022-ci ilin sonuna qədər yekunlaşacaq”.

Tarix
2021.08.10 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla