Bu gün axşamdan başlayaraq,
ölkə ərazisində hava şəraiti dəyişir, temperatur enəcək, bəzi
yerlərdə leysan yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata
görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və
axşam yarımadanın bəzi yerlərində yağış yağma ehtimalı var. Şimal
küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti
olacaq.
Oktyabrın 3-5-də Abşeron yaraımadasında meteroloji amillərin
mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli
olacaq.
Azərbaycanın rayonlarında oktaybrın 3-də şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə
7-12, gündüz 18-23 dərəcə isti olacaq. Oktaybrın 2-i axşamdan
oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin
qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.