Yuxarı

Azərbaycanda Dövlət Bayrağı Meydanı istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılıb, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilib. Ulu Öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoyub, milli birliyi və sabitliyi təmin edib, müstəqilliyimiz qorunub saxlanılıb. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək dövlətçiliyimizi daha da möhkəmləndirib, Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib, torpaqlarımız işğaldan azad olunub, Böyük Zəfər qazanılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, noyabrın 17-də Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Culfa Bayraq Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dirçəliş Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçrəngli bayrağımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, əməyi olanlara təşəkkürünü bildirib.

Ali Məclisin sədri məktəblilərlə birgə qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Bayraq Meydanı ilə tanışlıq zamanı məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 44, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – alov, xarıbülbül və ay-ulduzun əks olunduğu memarlıq elementləri ilə dizayn edilmiş Bayraq Meydanında müasir işıqlandırma sistemi quraşdırılıb, gülkarlıqlar salınıb. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülüb, suvarma sistemi qurulub, avtomobil dayanacağı yaradılıb.

Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərini, təəssübkeşlərini partiyanın 30 illiyi münasibətilə təbrik edib.

Tarix
2022.11.17 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla