Yuxarı

NATO Bakıda əməliyyat kursuna başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun əməliyyat planlaşdırma kursu başlayıb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, noyabrın 2-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu başlayıb.

Təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunublar.

Kurs müddətində iştirakçılara alyansın hərbi strukturu və tərəfdaşlıq, əməliyyat-planlaşdırma prosesi, onun fazaları, strateji mühitin əməliyyat qiymətləndirilməsi, fəaliyyət tərzlərinin hazırlanması və müqayisə edilməsi, NATO-nun çevik qüvvələri və s. mövzular barədə məlumatlar veriləcək.

Təlim kursu noyabrın 6-da başa çatacaq.

Tarix
2015.11.02 / 14:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla