Yuxarı

Nazir: “Çoxlu iş yerləri yaradılacaq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Bakıda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmisi Aurelio Parisotto ilə görüşüb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, S.Müslümov görüş zamanı qeyri-neft sektorunun genişlənməsi, özəl sektorun dəstəklənməsi, çoxsaylı yeni iş yerlərinin yaradılması şəraitində əmək bazarında sabitliyin əldə edildiyini, məşğulluq səviyyəsinin yüksəldiyini bildirib:

"Hazırda ölkəmizdə qlobal iqtisadi böhranın kəskinləşməsinin mənfi təsirlərinə qarşı milli iqtisadiyyatın dayanıqlığı təmin olunur. Bu məqsədlə dövlət başçısı tərəfindən həyata keçirilən və postneft dövründə də iqtisadi artıma, xüsusən qeyri-neft iqtisadiyyatının genişlənməsinə yönələn islahatlar kursu ilk növbədə əhalinin sosial müdafiəsinin və məşğulluq tədbirlərinin gücləndirilməsini nəzərdə tutur. İşəgötürənlərlə daha fəal əməkdaşlıq şəraitində, çoxsaylı iş yerləri yaradılmaqla, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində müvafiq addımlar atılır. Ölkənin hazırlanmaqda olan yeni Məşğulluq Konsepsiyası layihəsində (2016-2025-ci illər) də sosial tərəfdaşlıq müstəvisində bu istiqamətdə məqsədyönlü və səmərəli tədbirlər kompleksi əksini tapacaq".

Tarix
2016.02.08 / 17:03
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla