Yuxarı

Ərdoğanın baş müşaviri Rəsulzadədən yazdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın baş müşaviri Rəsulzadədən yazdı - Foto

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Ankaranın Əsri qəbiristanlığındakı məzarına baş çəkib.

Axar.az xəbər verir ki, bu barədə Yalçın Topçu özü məlumat verib.

“Müsəlman şərqinin ilk demokratik respublikası kimi qəbul edilən və 1918-ci il mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı başda Can Azərbaycan olmaqla bütün türksoylular üçün istiqlal hədəfinin şüarı oldu.

BMT qətnamələrinə baxmayaraq, 30 ildən çox işğalda qalan Qarabağı azad edən cənab Prezident və Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə bu gün Can Azərbaycan müasir, güclü, hörmətli və müstəqil bir dövlət olub, regionda və dünyada sabitliyin, rifah və sülhün ünvanıdır.

Can Azərbaycanın yetişdirdiyi Türk dünyasının böyük övladı, atamız Rəsulzadənin Ankaradakı Əsri qəbiristanlığındakı məzarını abadlaşdıran Can Azərbaycanımızın Türkiyədəki səfiri Rəşad Məmmədova təşəkkür edirəm, Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını həsr etmiş böyüklərimizi və şəhidlərimizi rəhmətlə yad edirəm”, - Topçu bildirib.

Qeyd edək ki, ötən ay Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülmüşdü.

Tarix
2024.04.12 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla