Yuxarı

Xankəndidəki parkda yeni royal: “Qarabağ” mahnısı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndinin Parlament meydanı yaxınlığındakı parkda yeni royal yerləşdirilib.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, şəhərin yenidənqurma, təmir və bərpa işlərini həyata keçirən Bakı Abadlıq Xidməti 33 il sonra doğma yurda qayıdacaq sakinlərin mədəni istirahətinin təşkili istiqamətində də addımlar atır. Şəhərin mərkəzi parkına qoyulan elektroroyal məhz açıq havada istifadə etmək üçün hazırlanan, xüsusi proqram təminatına malik alətdir.

“Cadenza” markalı royallar həm elektriklə, həm də günəş enerjisi ilə işləyir. Bu isə əlavə enerji xərclərinin qarşısını almaqla yanaşı, həm də alətlərin istənilən yerə daşınmasına şərait yaradır. Klassik pianodan fərqli olaraq yeni aləti kökləmək də lazım deyil. Elektroroyal rütubətə və ultrabənövşəyi şüalara davamlıdır. Bu o deməkdir ki, il boyu - yağışda da, qarda da, qızmar günəş altında da həmin alətdə musiqi ifa etmək mümkün olacaq.

Xatırladaq ki, dünyanın bir çox meqapolislərində küçələrə royallar qoyulur. İki il əvvəl bu təcrübə Azərbaycanda da sınaqdan keçirilib. Bakı Abadlıq Xidməti paytaxtın Filarmoniya bağına elektroroyal hədiyyə edib. Həmin royal sözügedən bağa xüsusi bir ovqat, xüsusi canlanma gətirdi. Bu gözəl təşəbbüsün davamı Qarabağda baş tutdu.

Şəhərdəki yeni musiqi alətini ilk dilləndirən də Xankəndidə çalışan əməkdaşlardan biri olub. 34 ildən sonra ilk dəfə bu ərazidə öz musiqimiz - “Qarabağ” mahnısı səsləndirilib. Bu, gələcəyə ünvanlanan ən doğru mesajdır - anadır arzulara hər zaman Qarabağ!

Qeyd edək ki, izlədiyiniz süjet Laçında videoçəkilişləri həyata keçirən “Absheron Group Production” tərəfindən təqdim edilib.

Tarix
2024.04.27 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla