Yuxarı

Flora Kərimova cərrahı yenidən məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova “İnternational Medical Centre” klinikası və Heydərova Sevinc Abisalam qızını yenidən məhkəməyə verib.

Axar.az "Unikal"a istinadən xəbər verir ki, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevral ayında başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və Flora xanımın iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilmişdi.

Qeyd edək ki, Sevinc Heydərova sosial şəbəkə hesablarında özünü plastik cərrah kimi tanıdıb və 2021-ci ildə Flora xanımın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Flora xanımın mətbuata verdiyi açıqlamalara görə, Sevinc Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik cərrah kimi fəaliyyətini davam etdirib.

Tarix
2024.04.28 / 21:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvanın bu razılaşmasını alqışlayırıq - Belçika

Bakı ilə İrəvan arasında sülhə inanırıq - ABŞ

Kremldə Paşinyanla Putin arasında nə baş verib?

Bayramov ukraynalı həmkarı ilə danışdı

Ermənistanda kritik vəziyyət: Nikol istefaya gedir? – Video

İranlı deputat “nüvə silahımız var” dedi – Nə baş verir?

Şeyx Dünya İslam Alimlərinin toplantısında - Foto

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi

Qərbi azərbaycanlıların yaşadıqları tarixi faciədir - Nart

Əli Əsədov Caludla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla