Yuxarı

Nazirlik bu müəssisələrin lisenziyalarını ləğv etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ciddi qanun pozuntularına yol verən yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyalarını ləğv edib.

Bu barədə Axar.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri”, eləcə də “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə lisenziyaya malik “Con-Sol Group” və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Prokon” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.

"Keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb. fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır", - məlumatda qeyd olunub.

Tarix
2024.04.29 / 13:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səbinə Əliyeva Kazan forumunda iştirak etdi

Azərbaycana bu sahədə dəstək davam etdiriləcək - AB

Paşinyandan sülh açıqlaması: Kosmosa uçuşlar da...

Hərbi kolleclərdə təhsil almaq istəyənlərin diqqətinə - Video

Əminəm ki, bu zirvə görüşü... - İlham Əliyev

İlham Əliyevdən güllələnən baş nazirlə bağlı paylaşım

Lukaşenko Azərbaycana gəlir

Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident

Prezidentdən Dialoq Forumunun iştirakçılarına müraciət

Fitso bu çıxışına görə güllələnib? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla