Yuxarı

Sabirabadda ilk “Kontakt” mağazasının açılışı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kontakt” sevinc gətirdiyi bölgələr sırasına birini də əlavə etdi. Belə ki, şəbəkə bir neçə gün əvvəl Sabirabadda ilk mağazasının açılış tədbirini keçirib. Musiqili və olduqca əyləncəli keçən rəsmi açılışda bölgə sakinləri müxtəlif müsabiqələrdən bolca hədiyyələr də qazanıblar.

Ümumilikdə, 1000 m2 sahəyə malik bu ikimərtəbəli mağazanın birinci mərtəbəsində rəqəmsal avadanlıqlara – smartfon, notbuk, smart saat, qulaqlıq, televizor; böyük və kiçik məişət texnikasına; qab-qacaqlara; ikinci mərtəbəsində isə mebel və ev tekstilinə aid istənilən zövq və büdcəyə uyğun geniş çeşidlər var.

Hər növ məhsul kateqoriyasını bir ünvanda cəmləyən şəbəkə mağazanın açılışına özəl olaraq ən sərfəli şərtlər ilə alış-veriş imkanı da yaradıb. Belə ki, ziyarətçilər mağazadakı məhsulları nağd alışda 60%-dək endirimlərlə alaraq xeyli qənaət edə biliblər.

“Kontakt”ın “Sabirabad” mağazasının açılış təklifləri kredit alıcılarını da sevindirib. Çünki mağaza ziyarətçilərinə ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərlə smartfon və notbuklar 12 ay; smart saat, qulaqlıq, televizor, məişət texnikası, qab-qacaq və ev tekstili 18 ay; mebeller isə düz 24 aylıq müddətə təklif olunur.

Qeyd edək ki, həm nağd, həm də hissəli alışda olan bu güzəştlər sadəcə mayın 5-dək davam edir.

Açılış təkliflərindən:

- 215 Lt tutuma malik Hoffmann soyuducusunu indi 600 yox, 360 manat;

- 8 parçadan ibarət Morelli qazan dəstini 180 yox, tam yarı qiymətinə - 90 manat;

- 81 sm diaqonallı Hoffmann HD televizorunu 300 yox, 200 manat;

- 256 Gb-lıq Samsung Galaxy A25 smartfonunu xüsusi təkliflə ayda 35 manat;

- Baza və yataq mexanizmli Arizona künc divanını da ayda 35 manat;

1800 Vt gücə malik Samsung tozsoranını isə ayda sadəcə 16 manat ödəməklə özünüzü və cibinizi sözün əsl mənasında sevindirə bilərsiniz.

Elə isə “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib bütün açılışa özəl təklifləri Sabirabad Rayon Məhkəməsi ilə üzbəüz yerləşən “Kontakt” mağazasında yaxından görməyə gəlin.

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Tarix
2024.04.30 / 12:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - Foto

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Parisin Bakı açıqlamasından heyrətə gəldim - Klaçkov

Lukaşenkonun Bakıya görə Nikola bu sözləri... – Ekspert

Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi...

İrəvan 100 milyonluq stansiyanı Bakıya verir?

Şuşa ilə bağlı bu görüntülər ilk dəfə yayıldı - Video

Kiranslılar qubernatorla görüşdən sonra yolu açdılar

MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

Prezidentlər Cıdır düzündə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla