Yuxarı

Azərbaycana gələn turistlərin 80%-i bu şəhərdə qalır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8.8 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt otellərinə yenə də uduzurlar:

“Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geridir.

2024-cü ilin ilk rübündə otellərdə qalanların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olmuşdur. Yerli və xarici turistlər daxil olmaqla, gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.

Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin birinci rübü ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya, 9,0 faizi Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,3 faizi Səudiyyə Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,1 faizi Gürcüstan, 1 faizi Bəhreyn, 0,9 faizi İsrail, 0,8 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Litva, 0,6 faizi Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

Tarix
2024.04.30 / 14:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Laçın" qırıcısı Azərbaycana təhvil verildi

Rəisinin helikopteri niyə dağla uçub? Detallar şok edir - Video

Sahibə Qafarova Simonyanla ikinci görüşündən danışdı

Rəisiyə görə Bakıya qarşı bu zibillər... - Verdyan

Region qarışır: Yalnız İlham Əliyev... - Korotçenko

Tiflis, İrəvan qarışır, Rəisi öldü, Türkiyədə isə... - Nə baş verir?

Prezident İran səfirliyində... - Foto

Prezident Qüdrətovu qəbul etdi

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla