Yuxarı

General, başçı və digər rəhbər şəxslər təlimdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri və ərazi obyekt qüvvələri ilə "Fövqəladə hallar zamanı nazirliyin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Fövqəladə Hallar Nazirliyi Aparatının və qurumlarının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların, həmçinin yerli özünüidarəetmə orqanlarının əməkdaşları iştirak ediblər.

FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev jurnalistlərə açıqlamasında bildirib ki, fövqəladə hallar nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Sumqayıt Regional Mərkəzinin dislokasiya ərazisinə daxil olan rayonlarda nazirliyin böhran vəziyyətlərində idarəetmə mərkəzindən daxil olmuş məlumat əsasında nazirliyin təsdiq etdiyi plan üzrə taktiki xüsusi təlimin keçirilməsi təmin edilib.

V.Fətullayev qeyd edib ki, təlimə FHN-in 89 ədəd texnikası və 639 nəfərdən ibarət şəxsi heyəti, 3 baş xüsusi təlim görmüş iti, 1 helikopteri, ərazi və obyekt qüvvələri cəlb edilib: "Təlimin qarşısına qoyulan məqsədlərə uğurla nail olunub".

Qeyd edək ki, təlim zamanı qarşılıqlı koordinasiyanın qurulması, Sumqayıt şəhərində baş vermiş şərti dağıntıların nəticələrinin aradan qaldırılması təmin edilib. Təlim onlayn formatda izlənilib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübənin daha da artırılması, eyni zamanda, şəxsi heyətin xilasetmə, yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub.

Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.

Tarix
2024.04.30 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Parisin Bakı açıqlamasından heyrətə gəldim - Klaçkov

Lukaşenkonun Bakıya görə Nikola bu sözləri... – Ekspert

Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi...

İrəvan 100 milyonluq stansiyanı Bakıya verir?

Şuşa ilə bağlı bu görüntülər ilk dəfə yayıldı - Video

Kiranslılar qubernatorla görüşdən sonra yolu açdılar

MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla