Yuxarı

Bu hərbçilərə vaxtından əvvəl rütbələr təqdim olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib.

Nazirlikdən Axar.az-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində xatirə ağacları əkilib.

Sonra təlim meydanında xüsusi təyinatlıların istifadəsində olan müasir silah və texnikaya baxış keçirilib. Nazirliyin rəhbər heyəti komanda müşahidə məntəqəsinə gələrək xüsusi təyinatlıların nümayiş dərslərini izləyib.

Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyət qarşısında çıxış edib. Xüsusi təyinatlıların Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi şücaət və qəhrəmanlıqların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

Şəxsi heyətə gələcək xidmətlərində uğurlar arzulanıb.

XTQ komandanı tərəfindən müdafiə naziri general-polkovnik Zakir Həsənova və digər rəhbər heyətə XTQ-nin 25-ci ildönümünü tərənnüm edən xatirə nişanları təqdim edilib.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman, qiymətli hədiyyə və vaxtından əvvəl hərbi rütbələr təqdim olunub.

Tarix
2024.04.30 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi

Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla