Yuxarı

İrandan bu məhsulların idxalı dayandırıldı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Axar.az-a verilən məlumata görə, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri - “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia" MMC tərəfindən Azərbaycana ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.

Məlumatda qeyd edilib ki, müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana məhsul ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Tarix
2024.04.30 / 18:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla