Yuxarı

Gömrükdəki ölümlə bağlı məlumat - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-03-04 20:46

Martın 4-də İran ilə Azərbaycan arasındakı neytral ərazidə Azərbaycan vətəndaşı Qasımov Elşən Məmmədhəsən oğlu səhhətində yaranan problemlə əlaqədar dünyasını dəyişib. Bəzi kütləvi informasiya vasitələrində isə Elşən Qasımovun ölümünə guya Biləsuvar Gömrük İdarəsinin ərazidəki gömrük keçid məntəqəsində yaranan sıxlığın səbəb olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda qeyd edilir ki, martın 4-də sözügedən gömrük keçid məntəqəsində ümumiyyətlə sıxlıq müşahidə olunmayıb və bədbəxt hadisə də məntəqənin ərazisində deyil, neytral zonada baş verib. "Belə ki, piyada yolla İran İslam Respublikasından Azərbaycana gələn Biləsuvar rayon Abazovka kənd sakini 52 yaşlı Qasımov Elşən Məmmədhəsən oğlunun səhhəti iki ölkə arasındakı neytral zonada qəfil pisləşib. Gömrük keçid məntəqəsinin əməkdaşları dərhal əraziyə təcili tibbi yardım briqadası çağırsa da, Elşən Qasımovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı hüquq mühafizə orqanları müvafiq araşdırmalar aparır və olümün səbəbi də araşdırmalardan sonra məlum olacaq", - deyə məlumatda qeyd olunub.

Tarix
2016.03.05 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla