Yuxarı

Ağdaşda tikinti mağazası yandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800kv.m. olan ikimərtəbəli tikinti materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində sahəsi 100kv.m. olan anbarın yanar konstruksiyaları və içərisində olan tikinti malları 100kv.m. sahədə yanıb.

Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik tikilmiş ümumi sahəsi 100kv.m. olan avtomobil ehtiyat hissələrinın satışı mağazası yanğından mühafizə olunub.

Tarix
2024.05.06 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla