Yuxarı

Məşhur aktyorumuz azadlığa çıxacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 May Müstəqillik Günü münasibətilə əfv sərəncamının imzalanacağı gözlənilir. Artıq Əfv Komissiyasının bununla bağlı 2 iclası keçirilib və 200-dən çox müraciətə baxılıb.

Hazırda həbsdə olan məşhur aktyor və rejissor, “Drakon” ləqəbli Rza Rzayev azadlığa çıxa bilərmi?

Mətbuat Şurasının sədri, Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məsələ ilə bağlı Axar.az-a açıqlamasında hər dəfə yüzdən artıq müraciətə baxıldığını, müzakirələr aparıldığını və qərarların qəbul olunduğunu bildirib.

“Əfv sərəncamı fərdi müraciətlər əsasında olur, o cür baxılır. Yəni məhkum özü müraicət edir ki, burada da müəyyən şərtlər var. Məsələn, bəzilərində məhkum cəzasının yarısını yatandan sonra müraciət edə bilir. Biz hər dəfə yüzdən artıq müraciətə baxırıq, müzakirələr olunur, qərar qəbul olunur. Hələ ki tanınmışlardan, məsələn, son vaxtlar müzakirə edilən Rza Rzayevin (Drakon) fərdi müraciəti qarşımıza çıxmayıb. Əfv etmək isə Prezidentin müstəsna hüququdur, sonda bütün sənədlər Prezidentə təqdim olunur və o, buna dair sərəncam imzalayır”, - R. Məcid bildirib.

Millət vəkili, yazıçı Aqil Abbas Rza Rzayevin əfvi ilə bağlı müraciət edildiyini bildirib:

İlk dəfə elə həm də tək mən onun əfv olunması üçün müraciət etmişəm, sonrasını isə bilmirəm. Zaman göstərər”.

Qeyd edək ki, Rza Rzayev 2023-cü ilin may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib. Drakon artıq həbs cəzasının yarısını çəkib və onun əfvi mümkündür.

Tarix
2024.05.06 / 11:53
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Latviya parlamentinin sədri Füzuliyə getdi

İlham Əliyevin Rəisi ilə görüşü başladı

Baqrat namizəd olur: indi də Qareginlə keşişi “xərcləyirlər”

Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla