Yuxarı

Əleyhimə danışan deputatlar gəlib üzr istədilər - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Vahid Əhmədov vaxtilə verdiyi qalmaqallı açıqlamasına görə həmkarları tərəfindən "linç edilməsi"ndən danışıb.

Axar.az xəbər verir ki, o, Bakupost.az-a açıqlamasında bir vaxtlar onun əleyhinə danışan deputatların sonra ondan üzr istədiklərini bildirib.

“Taleyim elə gətirib ki, belə şeylər çox görmüşəm. Bu da onlardan biri idi. Əlbəttə, olmamalı idi. Çünki kifayət qədər dövlətimə, millətimə bağlı adamam. Həmin müsahibədə ciddi, mənfi bir şey yox idi. Müəyyən mənada o müsahibə kimlərinsə xoşuna gəlmədi və s. Millət vəkilləri öz mövqelərini bildirdilər. Mən hər bir mövqeyə hörmətlə yanaşan insanam. Münasibətlərimiz normaldır, elə də ciddi problemimiz yoxdur. Görüşürük, salamlaşırıq. Salam verəndə salam alıram, verməyəndə almıram. Oldu keçdi, artıq yaddan çıxartmışam. Gəlib, məndən üzr istəyənlər də oldu. Zaman hər şeyi öz yerinə qoyur”, - deyə o, əlavə edib.

Xatırladaq ki, ötən ilin aprel ayında deputat Vahid Əhmədovun bloger Mehman Hüseynova müsahibəsi ciddi tənqidlərə səbəb olmuşdu.

MM-in plenar iclasında həmin müsahibə ciddi şəkildə müzakirə olunmuş, bir neçə millət vəkili, o cümlədən vitse-spiker Fəzail İbrahimli V.Əhmədovun ünvanına sərt sözlər demişdi.

Tarix
2024.05.06 / 17:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla