Yuxarı

Laçın sakininin Qarabağa girişi qadağan edildi - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet televiziya kanallarının birində Laçın rayon sakini Yusif İsmayılov iddia edib ki, polis əməkdaşları Xocalı rayon ərazisinə girişi məhdudlaşdırıb.

Axar.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

DİN qeyd edib ki, bu iddianın heç bir əsası yoxdur.

Bildirilib ki, Y.İsmayılovun oğlu Rəhim İsmayılovun işğaldan azad olunan əraziyə daxil olmasının məhdudlaşdırılması onun qanunsuz hərəkətləri ilə bağlıdır.

İnşaat şirkətlərindən birində sürücü işləyən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi cari ilin fevralın 12-də Əsgəran qəsəbəsində yoxlanılarkən avtomobildə oğurlanan bir sıra ehtiyat hissələri və maqnitafon aşkarlanıb. Həmin əşyalar ondan götürülərək aidiyyəti üzrə təhvil verilib. Törətdiyi əmələ görə sürücü R.İsmayılov və idarə etdiyi nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılmaqla, onun işğaldan azad edilmiş ərazilərə giriş-çıxışı ləğv edilib və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, Y.İsmayılovun iddiaları əsassızdır, həqiqəti əks etdirmir.

Tarix
2024.05.10 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla