Yuxarı

Prezident Xankəndi-Şuşa-Laçın yoluna baxış keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Tarix
2024.05.10 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

Hərbi xidmətlə bağlı tibbi müayinənin aparılması qaydası

Mincivan qəsəbəsinə nə qədər əhali köçürüləcək?

Şeyx Xameneiyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla