Yuxarı

1966-da çəkilən filmdə Heydər Əliyevin obrazı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Azərbaycan kinosu bu qayğını və dəstəyi ulu öndər hələ Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə görüb.

Axar.az xəbər verir ki, hələ ötən əsrin 50-ci illərində Heydər Əliyev İkinci Dünya müharibəsində əsir düşmüş əfsanəvi partizan Mehdi Hüseynzadə ilə bağlı qadağaların aradan götürülməsinə nail olub.

1966-cı ildə Əlisəttar Atakişiyev quruluş verdiyi “İstintaq davam edir” filmində Oqtay Çingizov obrazı ilə Heydər Əliyevin prototipini yaradıb. Xalq artisti Kamal Xudaverdiyevin canlandırdığı bu obrazın timsalında Azərbaycan çekistlərinin fəaliyyəti nəticəsində xarici kəşfiyyatın təxribatının üstü məharətlə açılıb.

1970-ci illər Azərbaycan kinosunun ən parlaq dövrlərinə təsadüf edir. Məhz həmin illərdə “Azərbaycanfilm” kinostudiyası dəyərli, mövzu baxımından maraqlı sənət nümunələri yaradıb və tamaşaçıların ixtiyarına verib.

1969-cu ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filmi daxili baxışdan sonra Dövlət Kinematoqrafiya Komitəsində ciddi tənqid edilib və filmin nümayişinə qadağa qoyulub. Həmin ildə Heydər Əliyev Azərbaycan SSRİ Mərkəzi Komitəsinə birinci katib təyin olunub. Film haqqında eşidən ulu öndərin bəlkə də bu vəzifədə ilk işlərindən biri “Bir cənub şəhərində” filmini tamaşaçıya qaytarmaq olub.

Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə bir çox tarixi filmlərin yaranmasına şərait yaratmaqla yanaşı, eyni zamanda həmin çəkiliş proseslərini nəzarətdə saxlayıb. “Nəsimi” və “Babək” filmi də ulu öndərin çəkiliş prosesinə şəxsən diqqət göstərdiyi filmlərdəndir.

Həydər Əliyev həm də “Mozalan” jurnalının əsas təşəbbüskarı olub. O, yeni formalaşan yaradıcı heyətin işini daim diqqətdə saxlayıb. Kinojurnalın baş redaktoru Eyvaz Borçalının sözlərinə görə, bəzi süjetlərin mövzularından razı qalmırdılar. Amma birinci şəxs - Heydər Əliyev “Mozalan”ı həmişə müdafiə edirdi.

Heydər Əliyev Rasim Ocaqovun yaradıcılğına xüsusi önəm verirdi. Onun “Ad günü” filmi ulu öndərin ən çox bəyəndiyi filmlərdən idi.

Heydər Əliyev Musiqili Komediya Teatrında “Qayınana” tamaşasına baxmışdı. Nəsibə Zeynalovanın ustalığını görəndən sonra “Bu tamaşanı filmə çəkin” demişdi. Məhz Heydər Əliyevin təklifi ilə “Qayınana” filmi çəkilib.

Ətraflı Baku TV-nin süjetində:

Tarix
2024.05.10 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərdoğan Azərbaycana qaytarılan 4 kənddən danışdı

Mierinya səfərə fərqli başladı: Əvvəlcə Şuşa, sonra...

Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

Rəisinin helikopterinin vurulması ehtimalı... - Türk ekspert

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin helikopterinin siqnalı ya sönülü olub, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla