Yuxarı

“Düşmən”in bu silahı tətbiq etməsinin qarşısı alındı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.

Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib.

Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və bioloji çirklənmə şəraitində fəaliyyət göstərən bölmələrin təhlükəsizliyi təmin edilib.

Təlimin keçirilməsində əsas məqsəd komandirlərin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin döyüşün hərtərəfli təminatı və qarşılıqlı fəaliyyətin təşkilində təcrübə qazanmalarına imkan yaratmaqdır.

Tarix
2024.06.20 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

İcra başçısı geyim şirkətinə yol təmir etdirir

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla