Yuxarı

Xətaidə Ordu Gününə həsr olunmuş konsert - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Axar.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, Vətən Müharibəsi qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, Dövlət Təhlükəsizlik Xidməti Xətai Rayon İdarəsinin rəisi Hümbət Əliyev, şəhid atası, xalq artisti Əli Nur, vətənpərvərlik mahnılarının sevilən ifaçısı Şəmistan Əlizamanlı, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan konsert zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.

Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzularındakı ifaları ilə davam etdirilib.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Tarix
2024.06.26 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla