Yuxarı

Abşeronda Silahlı Qüvvələr Günü qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Abşeron rayonunda yerləşən Şəhidlər xiyabanları, şəhidlərimizin məzarları və Xatirə kompleksləri ziyarət olunub.

Axar.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini hörmətlə yad ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun döyüş meydanında qazandığı şanlı qələbədən sonra işğaldan azad edilən şəhərlərimizin, kənd və qəsəbələrimizin sürətlə bərpa edildiyini, məcburi köçkünlərin öz yurdlarına böyük iftixarla qayıtdığını vurğulayan Abdin Fərzəliyev bildirib ki, Azərbaycan ordusunun qüdrətli gücü sayəsində xalqımız bundan sonra da tam təhlükəsiz yaşayacaqdır.

Abşeron rayonunun “Şəfəq” qəsəbəsində şəhid ailələrinin, müharibə iştirakçılarının və rayon ictimaiyyətinin iştirakı ilə 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib.

Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və digərləri çıxış edərək bildiriblər ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətin prioritet məsələlərindən biri olub.

Daha sonra bədii hissə təqdim edilib.

Tarix
2024.06.26 / 18:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış edir

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla