Yuxarı

Azərbaycan Ordusu iki qardaş ölkə ilə birgə təlim keçirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər.

Axar.az xəbər verir ki, bu barədə iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə razılıq ələ edilib.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub.

Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.

Tarix
2024.07.03 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onların Bakı ilə bağlı mövqeyi Ankaranı qane etmir

Türk liderlər Şuşada: Tarixi görüş başladı - Foto

Əliyevin bu dəstəyi Türkiyədə gündəm oldu - Video

Pezeşkianı Əliyevdən sonra o təbrik etdi

Bozqurd işarəsinin ilk məkanı Bakıdır - Türkiyəli yazar

Pezeşkian İrəvanı panikaya saldı: “təsəlliyə” baxın...

Pezeşkianın andiçmə mərasimi nə vaxt olacaq?

Prezident Şuşada türk liderləri qarşıladı

Pezeşkian prezident oldu: İrəvan narahatdır, Bakı qərarlı…

Azərbaycan ölkələr arasında körpü siyasəti yürüdür

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla