Yuxarı

İrana rəhbərlik edəcək azərbaycanlı kimdir? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:21

Xəbər verdiyimiz kimi, İranda keçirilən 14-cü dövr prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin 9-cu prezidenti seçilib.

Axar.az xəbər verir ki, Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub.

1973-cü ildə hərbi xidmətini yerinə yetirmək üçün Zabula yollanıb, xidmətini başa vurduqdan sonra doğma şəhərinə - Təbrizə qayıdıb. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin Tibb fakültəsindən məzun olub.

O, İran-İraq müharibəsi illərində tez-tez ön cəbhəni ziyarət edərək, buraya tibbi heyət göndərməklə yanaşı, hərbçi və həkim kimi fəaliyyət göstərməkdən məsul olub.

Pezeşkian 1985-ci ildə tibb məktəbində fiziologiyadan dərs deməyə başlayıb.

Müharibədən sonra o, Təbriz Tibb Elmləri Universitetində ümumi cərrah ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə təhsil alıb. O, 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru seçilib və bu vəzifədə 5 il fəaliyyət göstərib.

Şəxsi həyatına gəlincə, ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra evlənməyib, 2 oğlu və 1 qızını tək böyüdüb.

Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə başlayıb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. O, 2001-2005-ci illərdə bu vəzifədə çalışıb. 5 dəfə Təbrizdən İran parlamentinə seçilən Pezeşkian 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.

O, həmçinin İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.

Pezeşkian parlamentin 2016-cı il fevralın 26-da baş tutan açıq iclasında Allahın onu türk yaratdığını, heç kimin türkün dilini, mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların konstitusiyanın 15-ci maddəsinə əsasən, öz dillərində yaza, danışa bilməsinin vacib olduğunu bildirib.

Eyni zamanda Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən millət vəkillərindən olub.

M.Pezeşkian “Traktor” azarkeşi kimi tanınır.

2013-cü ildə İran prezidentliyinə namizədliyini irəli sürən M.Pezeşkian sonradan namizədliyini geri götürüb. 2021-ci ildə növbəti dəfə seçkilərdə iştirak etmək istəyərkən namizədliyi bu dəfə rədd edilib.

Nəhayət, ötən gün keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda o, prezident seçilib.

Tarix
2024.07.06 / 15:34
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla