Yuxarı

Azərbaycan və Ermənistan bir-birinə ən yüksək xalı verdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda “Silk Way Star” yarışmasının ilk mərhələsi başa çatıb.

Kult.az APA-ya istinadən xəbər verir ki, birinci mərhələdə 12 iştirakçının hər biri mahnını öz ana dilində ifa edib.

Məlumata görə, start mərhələsinin özəlliyi ondan ibarətdir ki, heç bir iştirakçı layihəni tərk etməyib, yəni bütün iştirakçılar qələbə uğrunda mübarizəni davam etdirəcəklər.

Münsiflər heyətinin qərarı ilə birinci yerdə 126 xalla malayziyalı müğənni Yazmin Əziz, ikinci yerdə 122 xalla özbək müğənni Madinabonu Adilova qərarlaşıb, üçüncü və dördüncü yerlərdə müvafiq olaraq 120 xalla Türkmənistandan Dovran Şammiyev və gürcü iştirakçısı Avtandil Abeslamidze qərarlaşıblar.

“Silk Way Star” beynəlxalq yarışmasına 10 epizod daxildir, hər buraxılışın müddəti 100 dəqiqədən çoxdur. Yayım üç dildə - qazax, Çin və ingilis dillərində aparılır. Təşkilatçılar tamaşaçılara müxtəlif janrlarda eksklüziv musiqi nömrələri vəd edirlər.

Yarışmaya sentyabrın 20-də Qazaxıstanda start verilib, növbəti mərhələ isə Çində keçiriləcək.

Final “Grand Şou” noyabrın 22-də keçiriləcək.

Yarışma zamanı yaddaqalan məqamlar da olub. Belə ki, Azərbaycan və Ermənistandan olan jurilər hər iki ölkəni təmsil edən ifaçılara qarşılıqlı olaraq ən yüksək – 10 xalı veriblər. İlk olaraq azərbaycanlı jüri erməni ifaçısı Saro Gevorgyana 10 xal verib, erməni jüri isə cavab olaraq Azərbaycanı yarışmada təmsil edən Səbinə Quluzadəni 10 xala layiq görüb.

Qeyd edək ki, ilk dəfədir Azərbaycan və Ermənistan nümayəndələri beynəlxalq müsabiqədə bir-birlərinə ən yüksək xalı veriblər.

Tarix
2025.09.22 / 10:56
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan nümayəndə heyəti İrəvanda – Səbəb

Emin Prezidentə və bu nazirə təşəkkür etdi

Zəngəzur dəhlizinin işə düşməsi ilə... - Prezident

Adnan Əhmədzadənin həbsinin şok pərdəarxası

Matevosyan: Azərbaycanlılar İrəvana bu yolla girəcəklər

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

Bakıda beynəlxalq tədbir keçirilir

XİN Maltanı təbrik etdi

Adnan Bakıda “Barselona” prezidentinə qəlyan çəkdirir - Video

Ruanda prezidentinin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla