Yuxarı

Türkiyədə Üzeyir Hacıbəyovla bağlı tədbir keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Üzeyir Hacıbəyovla bağlı tədbir keçirildi

Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operasının müəllifi, Azərbaycan-türk dünyası musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı konfrans, təqdimat və konsert keçirilib.

Bu barədə Kult.az-a Azərbaycanın Türkiyədəki Səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində keçirilən konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömər Türkmənoğlu, Əli Tuna Güney, Fidan Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndiriblər.

Tarix
2025.09.19 / 12:00
Müəllif
Kult.az
Digər xəbərlər

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla