Yuxarı

Moşu səhnədən getdi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moşu səhnədən getdi

İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işləmirəm. Müqaviləm bitdi, uzatmadım. Sonuncu dəfə tatar yazıçısı Tufan Minnullin “Ərməğanlı Ərməndər” əsərini səhnələşdirdim və sonra da işdən ayrıldım.

Kult.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında 81 yaşlı xalq artisti Valeh Kərimov deyib.

O bildirib ki, işdən öz istəyi ilə ayrılıb:

“Darıxıram, amma yol uzaq idi, hər dəfə Mingəçevirə gedib-gəlmək olmurdu. Yaşım çoxdur, narahatlıqlarım olur. Başımı heç nə ilə qata bilmirəm. Evdə oturub krossvord həll edirəm. Yaxşı ki, krossvord var. Yəqin, respublikada yeganə krossvord yazan mənəm. Çünki ona heç kimin marağı yoxdur. Amma mən başımı onunla qatıram.

Həyat yoldaşım 10 ildir rəhmətə gedib, özüm-özümə baxıram. Kaş ki, hamı mənim kimi sağlam və gümrah olsun. Övladlarım da sağ olsun, amma onlara möhtac deyiləm. Zəhmətə öyrəşmiş adamam. Mən boş-bekar qalanda qocalıram, iş görəndə ömrüm uzanır. Televiziyada ancaq xəbərlər proqramını izləyirəm. Köhnə kinolarımıza baxıram, amma təzə kinolara hövsələm çatmır”.

Yeni Yasamalda yaşadığını deyən aktyor ərazidə həyətyanı sahənin olmamasından gileylənib:

“Həyət maşınlardan ibarətdir. Nə bir ağac, nə də bir oturacaq var. Maşınların arası ilə gedib marketdən çörək alıram. Prezident təqaüdü və yaşıma görə pensiya alıram. Dolanmağıma çatır”.

Qeyd edək ki, Valeh Kərimov bir çox rolları ilə bərabər “Bəxt üzüyü” filmində oynadığı Moşu obrazı ilə tamaşaçıların yaddaşına həkk olunub.

Tarix
2025.09.18 / 21:16
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla