Yuxarı

Alimimizin erməni kilsəsi ilə bağlı kitabı nəşr edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimimizin erməni kilsəsi ilə bağlı kitabı nəşr edildi

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəxri professoru Zaur Əliyevin Azərbaycan və ingilis dillərində “Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı nəşr edilib.

Kult.az xəbər verir ki, kitab “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “Ermənistan dövlətinin terror siyasəti” adlı layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun Elmi Şurasının qərarı ilə çap edilib.

Kitab nadir arxiv sənədləri, əlyazmalar, dünya alimlərinin əsərləri və erməni müəlliflərin etirafları ilə zəngindir. Kitabda istinad edilən mənbələrlə sübut edilir ki, ermənilərin bəşəriyyətə, insanlığa qarşı cinayətlər törətmələrində ən böyük iştirakçılar ermənilərin din xadimləri olmuşlar. Onlar öz məqsədlərini həyata keçirmək üçün insanların “Allah evi” kimi tanıdıqları kilsələrdən, məbədlərdən istifadə etmişlər.

Zəngin mənbələrə istinad olunan kitabda erməni kilsəsinin bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərdiyi, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış etdiyi qeyd olunub. Erməniçiliyin faşizmi təbliğ edən tezisləri də erməni katolikosları tərəfindən hazırlanır.

Kitabda erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik ekstremizmi təşkil etməsinə, terrorizmə maddi və mənəvi dəstək verməsinə dair saysız-hesabsız faktlar mövcuddur.

Kitabda ilk xristianların ermənilər olmadığı, onların tarixi yalanları, tezisləri və saxta tarixçiləri ciddi mənbələrlə ifşa edilir və sübut edilir ki, ermənilərin dünyaya yaydıqları tarixi məlumatlar uydurma və istinadı olmayan tezislərdir.

Geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulan kitab dünya kitabxanaları və universitetləri, elm mərkəzləri və siyasi xadimlərinə təqdim ediləcək.

Tarix
2025.09.19 / 14:40
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla