Yuxarı

Xalq artisti vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti vəfat etdi

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yegizarov vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə xalq yazıçısı Natiq Rəsulzadə məlumat yayıb.

Bildirilib ki, o, bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. "Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan SSR xalq artisti", Azərbaycan SSR Dövlət mükafatı, "Qızıl Dərviş" mükafatlarına layiq görülüb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Tarix
2025.09.13 / 12:52
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla