Yuxarı

Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Benfika"nı da gətirin, qoyaq Qənimətlər Parkına - bu ifadə mənim deyil. Dünən sosial şəbəkələr partlayırdı, hamı "Qarabağ"dan yazırdı. Hər kəs öz sevgisini özünəməxsus tərzdə ifadə edirdi.

"Benfika"nı da gətirin, qoyaq Qənimətlər Parkına". Bir nəfər də belə yazmışdı. Çox gözəl idi. Xeyli güldüm. Hikmət Mirzəyevin xüsusi təyinatlıları necə Qarabağda erməniləri tapdalayıb keçdisə, Qurban Qurbanovun da "xüsusi təyinatlıları", ayğırları Lissabonda "Benfika"nı elə tapdalayıb keçdi. Özü də təkcə "Benfika"nı yox, stadiondakı 40-50 min azarkeşi də.

Azarkeş demişkən, biz Avropa komandalarından təkcə futbol oynamağı öyrənməli deyilik, həm də azarkeşliyi öyrənməliyik. Bütün matç boyu stadion xorla oxuyurdu, öz komandalarına dəstək verirdi. Və bütün stadion "Benfika"nın formasını geyinmişdi.

Görəsən, "Qarabağ"ın, "Neftçi"nin, "Sabah"ın, "Zirə"nin, "Turan"ın nə qədər yox ey, neçə azarkeşi futbola gələrkən öz sevimli komandalarının maykasını geyinir – 50, 100?

Xalqımız oxumağı sevən xalqdır, amma bir dəfə də stadionda xorla oxuyan görmədik.

Oyunu Qurban Qurbanovun təmkini və soyuqqanlığı apardı.

Məmməd Arazın bir şeiri var:

Çox çaparaq atlını

Təmkin atımla keçdim.

İndi Qurban Qurbanov da çox çaparaq komandaları özünün təmkin atıyla keçir. Futbolçularımız sonadək dör-dör döyüşdülər. Və sübut elədilər ki, məsələ pulda deyil. "Qarabağ"ın büdcəsi 24 milyondur, "Benfika"nın isə 300-400 milyon. Məsələ ürəkdədir, qandadır, ruhdadır. Qurban Qurbanov futbolçularına bunu aşılaya bilib.

Mən həmişə "Qarabağ"ın oyununa xanımımla birgə baxıram. Qapımıza ilk top vurulandan sonra çönüb mənə baxdı və dedi:

- Narahat olma. Qurbanın at işləməz yolları var. Fasilədə futbolçulara elə bir motivasiya verəcək ki, "Qarabağ" bu oyunda qalib gələcək.

Xanımımı da özüm kimi "Qarabağ"ın xəstəsi etmişəm. Onun dediyi kimi də oldu.

Bu bir futbol matçı deyildi. Bir tamaşa idi, bir film idi... "Koroğlu" operası idi. Amma bu operanın müəllifi də, maestrosu da Qurban Qurbanov idi.

Təkcə Qurban xocanı və futbolçuları deyil, bütün futbolsevərləri təbrik edirəm. "Qarabağ" bizə bayram yaşatdı.

Çox qəribədir, həmin gün cənab Prezident, Ali Baş Komandan Birləşmiş Ərəb Əmirliyinin prezidenti ilə Cıdır düzündə Qarabağ atlarının şousuna tamaşa edirdilər. Çaparlar öz ustalıqlarını nümayiş etdirirdilər.

Axşam da Qurban Qurbanovun atları Lissabonda həmin şounu təkrar elədilər.

Yəqin Santuş oyuna baxıb xəcalət çəkirdi, əgər onda xəcalət hissi varsa.

Yeri gəlmişkən bir təbrik də oyunu şərh edən Tural Dadaşova düşür. 40-50 min “Benfika” azarkeşinin səsini öz səsilə batırırdı.

Tarix
2025.09.17 / 16:55
Müəllif
Aqil Abbas
Digər xəbərlər

Prezident: Qurbana zəng edin, deyin ki...

Bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!

Kamal Abdulla bu yazını dərc olunmağa qoymadı

Pah, dünya dağıldı: rüşvət, korrupsiya...

Aqil Abbas Alışanova nahaq yerə təşəkkür etdi

Bakılı-rayonlu davası...

Olmayan Ağdam və olan Tovuz…

Ata milyonlarından imtina edən oğul

Şok! Şok! Şok! Axırda da hülü şəftəli

Ovladılar Tükiyəni tədbir ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla