Yuxarı

Bakıda bu tarixdə yeni metrostansiya açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"B-04" metrostansiyası 2025-ci ilin sonunda hazır olacaq. Hazırda inşaatın tamamlanma mərhələsidir. Stansiyada üzlüyün vurulmasına hazırlıq işləri görülür.

Axar.az ki, bu sözləri Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, texnoloji proseslərin ardıcıllığına görə, divarların təmizlənməsi, yuyulması, sahənin bu istiqamətdə işlər üçün hazırlıq vəziyyətinə gətirilməsi tədbirləri görülür:

"8 Noyabr"dan B-4 stansiyasına qədər olan məsafədə dəmir yolları çəkilib. Yolun digər üst quruluşu elementləri quraşdırılıb. Bu tədbirlər də hal-hazırda davam etdirilir. Bundan əlavə olaraq təbii ki, stansiyada infrastrukturun qurulması istiqamətində işlər başlamaq ərəfəsindədir. Eskalatorlar stansiya ərazisinə gətirilib. Ventilyayorlar da stansiya ərazisindədir".

Qeyd edək ki, B-4 stansiyası Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir.

Tarix
2024.07.03 / 23:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 ciddi tarixi hadisə olacaq - Mirziyayev

Onların Bakı ilə bağlı mövqeyi Ankaranı qane etmir

Türk liderlər Şuşada: Tarixi görüş başladı - Foto

Əliyevin bu dəstəyi Türkiyədə gündəm oldu - Video

Pezeşkianı Əliyevdən sonra o təbrik etdi

Bozqurd işarəsinin ilk məkanı Bakıdır - Türkiyəli yazar

Pezeşkian İrəvanı panikaya saldı: “təsəlliyə” baxın...

Pezeşkianın andiçmə mərasimi nə vaxt olacaq?

Prezident Şuşada türk liderləri qarşıladı

Pezeşkian prezident oldu: İrəvan narahatdır, Bakı qərarlı…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla