Yuxarı

Biz türk ölkələri ilə rusca anlaşırıqsa... - Həsənquliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Prezident İlham Əliyevin ŞƏT-in sammitində iştirakı, keçirdiyi görüşlər, imzalanan sənədlər barədə fikirlərinizi bilmək istərdik.

- Vətən müharibəsində qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu xeyli artıb. Azərbaycan regionun, türk dünyasının siyasi mərkəzlərindən birinə, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinə çevrilməkdədir. Uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizin regionun maliyyə mərkəzinə də çevrilmək imkanı var. Prezidentin səfər zamanı dövlət başçıları ilə keçirdiyi ikitərəfli, Türkiyə və Pakistan liderləri ilə keçirdiyi üçtərəfli görüş ölkəmizin təhlükəsizliyi və inkişafı baxımından çox önəmlidr. Çinlə imzalanmış strateji tərəfdaşlığa dair Bəyannaməni isə xüsusi qeyd etmək istəyirəm. Çinin Azərbaycanın ərzi bütövlüyünə və təhlükəsizliyinə, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvülüyünə, Şərq-Qərb nəqliyyat dəhlizinə verəcəyi dəstək son dərəcə əhəmiyyətlidir. Səfəri ölkəmiz üçün olduqca uğurlu hesab edirəm. Azərbaycanın ŞƏT-ə və BRİCS-ə üzv olmaq istəyini təqdir edərdim. Mən, ümumiyyətlə, Avrasiya məkanında Avropa Birliyi modelində yeni birliyin yaradılması tərəfdarıyam. Bizim iqtisadiyyatımız yalnız iri birliklər çərçivəsində sürətlə inkişaf edə bilər.

- Putinlə görüş zamanı Prezident Əliyevin ölkəmizdə rus dilinə verilən qiymət barədə fikri bəzi şəxslərin tənqidi ilə üzləşib. Siz necə düşünürsünüz?

- Zamanla Azərbaycan rus dili vasitəsilə dünya elminə, mədəniyyətinə çıxış əldə edib. Bu gün Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır, ölkəmizdəki ailə üzvlərinə də maddi kömək göstərirlər. Vətəndaşlarımızın hər beş nəfərindən birinin taleyi Rusiya ilə, rus dili ilə əlaqəlidir. Kiçik araşdırma aparılsa, aydın olacaq ki, tənqidçilərin mütləq əksəriyyəti bu dildə danışır. Uzun müddət bir-birimizdən aralı düşməyimiz səbəbindən türk xalqlarının leksikonunda fərqliliklər yaranmış və bu gün biz türk xalqlarının çoxu ilə, keçmiş Sovet İttifaqı respublikalarının xalqları ilə rus dilində anlaşırıq. Bu gerçəklik heç bir xalqa öz dilini inkişaf etdirməyə, öz dilində danışmağa mane olmur, əksinə, xalqlar arasında ünsiyyət yaradılmasına, əməkdaşlığa, humanitar əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Biz sadəcə çalışmalıyıq ki, beynəlxalq dil olan ingilis dilinin də ölkəmizdə geniş miqyasda öyrədilməsi üçün xüsusi dövlət proqramı qəbul edək. Tənqidçilər isə qərəzli və sifariş yerinə yetirənlərdir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının Şuşa sammitində təşəbbüs göstərə bilər ki, ortaq türk dili kimi Anadolu türkcəsi (85 milyon insan bu dildə danışdığı üçün) bütün türk respublikalarında geniş tədris olunsun və hər bir türk bir-biri ilə ana dilində ünsiyyət qura bilsin.

- Azərbaycanın NATO sammitinə qatılmalıdırmı?

- Düşünürəm ki, bəli. Biz müstəqil ölkəyik. Azərbaycanın NATO ilə əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib, yalnız təhlükəsizliyə xidmət edir. Biz NATO-ya üzv olmağa hazırlaşmırıq. Qardaş Türkiyənin də üzv olduğu blokun dəvətindən imtinanı doğru saymazdım.

Tarix
2024.07.05 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan azərbaycanlı həmkarı ilə görüşəcək

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Mühüm səbəb: Azərbaycanlılar Gürcüstana geri qayıdır - Video

380 min azərbaycanlı geri qayıtmalıdır - Kılıç

Milyonçular sürətlə bu ölkələri tərk edir

Mən Qərbi Azərbaycandan qovulan nəslin övladıyam

Yeni prezident seçildi, İranla münasibətlər... - Bayramov

İrəvandan bu istiqamətdə addımlar atmaqlarını gözləyirik

Pezeşkian Xameneinin “qorxunc ssenarisidir” - Sensasion iddia

İki gündə Ermənistana ikinci şok: Sülh təcili bağlanmasa...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla