Yuxarı

Hirkan Milli Parkında yanğın təhlükəsizliyi müzakirə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Hirkan Milli Parkında “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə mümkün yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən aidiyyəti qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hirkan Milli Parkın əməkdaşları iştirak ediblər.

Tədbir zamanı çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi, bu istiqamətdə davamlı maarifləndirmə işlərinin aparılmasının faydası tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin praktiki hissəsində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının müvafiq qüvvələri cəlb edilməklə şərti meşə yanğınının söndürülməsi, eyni zamanda meşəətrafı ərazidə 6-8 metrlik məsafənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə iştirakçılara nümayiş etdirilib.

Tarix
2024.07.08 / 12:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla